Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Narkotacirlərin 87 faizi təhsilsizdir - STATİSTİKA

2018-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən məlumata görə, cinayət hallarının 58,2 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə təşkil edib. 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87,2 faizi heç yerdə işləməyən və oxumayanlar, 38,4 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər olub.

Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,3 faizi 18-24 yaşlı, 13,3 faizi 25-29 yaşlı gənclər, 79,1 faizi isə 30 və yuxarı yaşlı şəxslərdir.

2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...