Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çirkli havadan 300 nəfər zəhərləndi

Çilinin Kintero və Puçunkavi rayonlarında çirkli hava nəticəsində 300 nəfər zəhərlənib.

Mynews.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, keçən həftə ərzində zəhərlənmə simptomu ilə 100-dən çox insan xəstəxanalara müraciət edib. Hazırda isə onların sayı 300-ə çatıb. Fövqəladə ekoloji vəziyyət ilə əlaqədar “sarı” səviyyəli həyəcan elan olunub.

Çili Prezidenti Sebastian Pinyera “sarı buludların” mənşəyinin araşdırıldığını vurğulayıb.

Vilayət rəhbəri Xorxe Martines mətbuat konfransında bildirib ki, yoxlamalar regionda yerləşən iri şirkətlərdə aparılır. Çirklənməyə səbəb olan karbohidrogen tullantılarının izləri dövlət neft şirkətində - “Empresa Nacional del Petroleo”da (ENAP) aşkar edilib.

Xorxe Martines yoxlamaların davam etdiriləcəyini deyib

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...