Deputatların tətili başa çatdı
Millət vəkillərinin yay məzuniyyəti başa çatıb.
Mynews.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşır.
Qanunvericiliyə əsasən, Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən, parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlar məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırlar.
Qeyd edək ki, Milli Məclisin sədrinə 4950 manat, Milli Məclis sədrinin I müavininə 4454 manat, Milli Məclis sədrinin müavininə 4206 manat, sıravi deputatlara isə 3464 manat müavinət verilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 915 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 598 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 589 dəfə oxunub