Nazirlik Bakıdakı toz-dumanla bağlı məlumat yaydı

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb
Bu barədə Mynews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilir.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan iki dəfə yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanın daxil olmasıdır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1117 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1113 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1112 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1062 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1057 dəfə oxunub
loading...