“Lotu Hikmət”in davamçısı həbsdən çıxdı - VİDEO
Kriminal aləmdə "Paşa” adı ilə tanınan azərbaycanlı "qanuni oğru” Pərviz Sabirabadlı 2 gün öncə həbsdən çıxıb. Mynews.az Minval.info-ya istinadən xəbər verir ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin "Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, "qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, "Paşa” deyirmiş. Beləcə hər kəs onu "Paşa” deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar. Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qarşılayıb. Pərviz həm də "qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 921 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 559 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 557 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 557 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 551 dəfə oxunub
loading...