Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hikmət Əlizadə: Qadağan olunmuş ərazidə ov edənlər üçqat cərimələnir

Ovçuluğun qadağan edildiyi ərazidə ov edənlər üçqat cərimələnir.

Mynews.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadəovçuluğun təşkili və ov mövsümü ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan bir kilometrə qədər sahələrdə ov qadağan edilib:

“Eyni zamanda, sərhəd ərazilərdə ov etmək qadağandır. Ov edilməsi qadağan edilən ərazidə ov edənlər üç qat cərimələnir”.

Hikmət Əlizadə qeyd edib ki, hazırda məqsəd ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir:

“Ovçu və təbiəti mühafizə edənlər balansını qorumaq mütləqdir. Ümumilikdə, mövsüm başlanandan 10 yerli şirkət ov üçün müraciət edib və müsbət cavab alıb. Burada heç bir süründürməçilik halına rast gəlinməyib.

Onların gətirdiyi xarici vətəndaşlar qanunu pozarsa, həmin şəxs iki min manat ödəyir və ölkədən çıxarılır, həmin şirkətlərlə ov əlaqələrinə isə məhdudiyyət qoyulur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...