Bakının 3 rayonunda təhlükə - VİDEO
Bakının bəzi rayonlarında evlər subasma təhlükəsi ilə qarşı-qarşıyadır.
Mynews.az-ın məlumatına görə, Sabunçu, Xəzər və Binəqədi rayonlarında subasma prosesinin dinamikasinda gərginlik müşahidə olunur.
Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik var.
Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, payız aylarında yağıntıların başlaması ilə sözügedən ərazilərdə evlərin həyətləri su ilə dola bilər.
Ə. Qaralov onu da bildirib ki, subasma təhlükəsinin olması yeni salınan yaşayış sahələrində bəzi amillərin nəzərə alınmaması səbəbindən yaranır. Hazırda isə Bakıda bəzi yaşayış yerlərində sürüşmə prosesində də aktivlik müşahidə edilir. Bayıl yamacında isə mütəmadi olaraq müşahidələr aparılır.
Əziz Qaralovun sözlərinə görə, yağıntıların başlaması ilə digər rayonlarda da subasma və sürüşmə prosesinin aktivləşəcəyi istisna edilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 944 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 916 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 908 dəfə oxunub