Azərbaycanda falçılara qarşı mübarizə gücləndirilir - VİDEO
Dəfələrlə xəbərdarlıq edilməsinə və maarifləndirmə işləri aparılmasına baxmayaraq, XXI əsrdə hələ də falçılara inananlar var. Son zamanlar xüsusilə qadınlar arasında cadugərlik və fala meyil artıb. Pulunu və vaxtını itirən belə insanlar aldadıldıqlarını biləndə isə gec olur. Falçılıqla məşğul olan insanlara qarşı nəzarət tədbirləri gücləndirilir.
Mynews.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Xəzər” TV-yə bildirib ki, komitəyə bununla bağlı müraciətlər daxil olur.
Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.
Falçılıq bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim” və surələrində falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha sərt formada həyata keçiriləcək.
Falçılara qarşı hüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüləcək.
Falçılarla qarşılaşan şəxslər isə aidiyyəti üzrə polis məntəqələrinə və dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilərlər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 984 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 957 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 946 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 946 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 943 dəfə oxunub