Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metro stansiyalarında konsert olacaq

Milli musiqi günü metropolitendə də qeyd olunacaq.

Mynews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq, 18 Sentyabr - Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- "İçərişəhər" stansiyası - saat 11:00-12:30;

- "Sahil" stansiyası - saat 12:00-13:30.

- "28 May" stansiyası - saat 13:00-14:30;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...