Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda qatar tuneldə qaldı

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.

Mynews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az-a faktı təsdiqləyib.

Onun sözlərinə görə, ləngmə təxminən 20 dəqiqə davam edib:

"Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses təxminən 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...