Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mübariz Qurbanlı: Zəncir vurmaq uydurulmuş hərəkətdir

Məhərrəm ayı və Aşura ilə bağlı mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fitvasına uyğun, qanun çərçivəsində, fitvəda irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu il Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fitvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. 

“Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi bu cür çağırışlar edir”, - deyə komitə sədri vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...