Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yoldakı çalalar üçün əsaslı təmirə ehtiyac yoxdur

Yollarımızdakı təhlükəli, ziyanlı çala-çuxurların aradan qaldırılması üçün cəmiyyət özü də israrlı olmalıdır. Hətta bunun üçün maraqlı ideyalar da həyata keçirmək olar ki, yollardakı problem tez aradan qaldırılsın.

Mynews.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, yollardakı çala-çuxurun aradan qaldırılması hazırki şəraitdə kifayət qədər sadədir – operativ təmir və bərpa işinin yerinə yetirilməsi:

“Dünyanın hər yerində yolların daimi istismara yararlı, standarta uyğun saxlanılmasına cari təmir vasitəsilə nail olurlar. Bunun üçün hər bir yol idarəsinin, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin mobil təmir qrupları olmalıdır. Bu da çətin şey deyil.

Belə qrup 1 ədəd yükünü özü boşaldan yük avtomobilindən (özü də KamAZ kimi nəhəg yox, 3-4 tonluq kiçik yük maşını), 1 ədəd asfaltbasandan və 3-4 fəhlədən ibarət olsa, yetərlidir.

Bu da elə də ciddi xərc deyil. Yolu, xüsusən də şəhər, qəsəbə və kənd küçələrini yararlı saxlamaq üçün heç də həmişə onu şumlayıb yenidən tikməyə ehtiyac yoxdur”.

Ə.Hüseynov bildirib ki, belə işləri cəmiyyət israrla tələb etməlidir:

“Bunun üçün maraqlı ideyalar, “lifehack”lar düşünmək olar. Məsələn, 2018-ci il Dünya çempionatını izləməyə gəlmiş Xorvatiya azarkeşləri Nijni Novqorodda küçədəki çalada şəkil çəkdirdikdən sonra şəhər təsərrüfatı bu problemi dərhal aradan qaldırmışdı.

Başqa bir maraqlı “lifehack” Saratovda olub. Gənc rəssam küçədəki çala ətrafına qubernatora bənzəyən rəsm çəkdikdən sonra dərhal həmin çala da ləğv edilmişdi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...