Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda pambığın alış qiyməti 50 manat artırıldı

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

Mynews.az xəbər verir ki, KTN-dən verilən məlumata görə, görüşdə bu il görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq, 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

 

2018-ci il

1-ci növ

600-dən 650 manata

2-ci növ

580-dən 630 manata

3-cü növ

540-dan 590 manata

4-cü növ

500-dən 550 manata

Pambığın 1 tonunun alış qiymətinin 50 manat artırılması ilə pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 mln. manatdan çox qazanc əldə etməsi gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...