Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah hava isti olacaq

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 

Sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  26-31, dağlarda gecə 7-12, gündüz  15-20 dərəcə isti təşkil edəcək.                

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...