Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan məktəbi bağlandı - Kəşfiyyatın tələbi ilə

Təbriz Məhkəməsi İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) diktəsi ilə “Ehsan” qeyri-intifai (qeyri-kommersiya) məktəbinin ləğv olunması barədə qərar çıxarıb.

Mynews.az gunaz.tv-yə istinadən xəbər verir ki, məktəbdə oğlan şagirdləri təhsil alırmış.

Bu barədə Şərqi Azərbaycan Təhsil Şöbəsinin rəisi Cəfər Paşayi “İsna” xəbər agentliyinə danışıb.

“Təbrizin 4-cü məntəqəsində yerləşən “Ehsan” məktəbi məhkəmə tərəfindən ləğv edilib. Son 3 il ərzində bu məktəbin dosyelərinə təhlükəsizlik orqanlarında baxılırdı. Nəhayət ki, məktəbin fəaliyyəti məhkəmə hökmü ilə dayandırıldı”- deyə o bildirib.

Təhsil Şöbəsinin rəisi Ehsan məktəbində təhsil alan şagirdlərin digər məktəblərə köçürüləcəyi ilə bağlı qeyd edib ki, “məktəb ləğv edildikdən sonra şagirdlər təhsillərini davam etdirmək üçün Təhsil Nazirliyinin nəzarətində olan digər məktəblərə müraciət ediblər. Bu məqsədlə 5-ci məntəqənin bütün məktəblərində şagird qəbul etməyə hazırlıq işləri gedib. Artıq şagirdlərin əksəriyyəti yeni məktəblərdə qeydiyyata alınıb.”

Cəfər Paşayi Ettelaat İdarəsinin qəzəbinə tuş gəlməsin deyə məktəbin ləğv edilməsinə dair çıxarılan məhkəmə qərarı ilə bağlı geniş məlumat verməyib. O bildirib ki, “bu məsələnin təfərrüatı ilə bağlı danışmağı məsləhət görmürük.”

Qeyd edək ki, Güney Azərbaycandan olan milli fəallar isə məktəbin ETTEALAT İdarəsinin tələbi ilə bağlanmasını təsadüfi hesab etmirlər. Məktəbin müəllimləri və şagirdlərinin əksəriyyəti azərbaycanlı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...