Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlıları uçota salan iki rusiyalı həbs edilə bilər

Rusiyanın Volqoqrad vilayətində polis əcnəbilərin qanunsuz qeydiyyata saldırılması ilə bağlı iki hal aşkar ediblər. 

Mynews.az Oxu.az-a istinadla xəbər verir ki, Qorodişensk rayonunda 31 yaşlı qadın 44 yaşlı Azərbaycan vətəndaşını öz evində qeydiyyata salıb.

21 yaşlı Rudnyansk rayon sakini isə bir ailənin - valideynlər və 8 yaşlı uşağın qanunsuz uçota salınmasını təmin edib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. Qanunu pozan şəxsləri üç ilədək həbs cəzası gözləyir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...