Bakıda 16 restoran cərimələnib
Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına məhəl qoymayan restoranlar cərimələnib.
Mynews.az-ın məlumatına görə, nazirliyinin rəsmisi Faiq Mütəllimov bildirib.
Onun sözlərinə görə, paytaxtın inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb:
“Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”.
Faiq Mütəllimov qeyd edib ki, bəzi restoranlar isə artıq qurğular quraşdırıb:
“Manqal, Tərxun, Viana, Fəridə, Pak dad, Hollywood, Versal Palace, Xudafərin, Mona Liza, Abqora, Opera, Golden Ring, Qızıl Buta, Ümid ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 565 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 555 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 552 dəfə oxunub