Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əziz Əliyevin xatirəsinə həsr edilən konfrans keçiriləcək

Gələn ilin yanvarında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bu münasibətlə institutda hazırıq işlərinə başlanılıb.

İnstitutdan Mynews.az-a verilən məlumata görə, konfrans materiallarının məcmuəsi dərc olunacaq. Məcmuədə nəşr olunması üçün Azərbaycan, rus və ya ingilis dillərində məqalə və tezislər dekabrın 1-dək qəbul edilir. Məqalələrin həcmi üç, tezislərin həcmi isə bir səhifədən çox olmamalıdır: Məqalə və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında və məqalələrin xülasəsi ilə birgə təqdim edilməlidir.

Əlaqə nömrəsi (+99412) 4310182

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...