Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toy günü sevgilisinə qoşulub qaçan rəis gəlini - "Həyatımız təhlükədədir" - VİDEO

Valideynlərinin başqasına ərə vermək istədiyi üçün sevdiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Xəzər TV-yə üz tutub.

Günay Məmmədova telekanala açıqlamasında qaçırılmadığını və öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini deyib.

Valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları da məsələyə münasibət bildiriblər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə dörd il nişanlı qaldığını deyib.

Lakin bununla belə, onlar artıq Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qızın qəfildən belə bir addım atmasıdır.

Gənclər hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...