Ramil Usubov rəis təyin etdi
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.
Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.
Mynews.az-ın məlumatına görə,Xəbəri Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.
Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 956 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub