Şamaxıda yolun yenidən qurulması yekunlaşır - FOTO
Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 m hərəkət hissə və 2 m çiyinlər də daxil 10 m enində tikilir. Bunun üçün ərazidə 190 min kub.m həcmdə torpaq işləri görülüb, yararlı çınqıl materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub.
Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var idi. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılıb. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kv.m sahə asfaltlanır.
Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı ( km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq.
Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidın qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılmış olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1131 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1119 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1119 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1117 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1008 dəfə oxunub