Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Tünzalə xəstə olmasaydı belə, evi üçün pul istəyəcəkdi" - Zaur

ATV-də yayımlanan “Bizimləsən” verilişində gözlənilməz anlar yaşanıb.

Mynews.az-ın məlumatına görə, aparıcı Zaur Baxşəliyev əməkdar artist Tünzalə Əliyeva ilə bağlı açıqlama verib. O, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin aktrisa ilə bağlı dediyi “Toppuş bacı” nəyə görə xərçənglə özünü reklam edir?” sözlərinə münasibət bildirib.

T.Əliyevanı müdafiə edən Zaur bildirib ki, bir çoxları paxıllıqdan yalandan xəbərlər yayır:

“Tünzalənin bura gəlməsi bəzilərini qıcıqlandırıb. Bundan istifadə etmək istəyənlər var. Dəyirman öz işini görər, çaq-çaq baş ağrıdar. Ancaq biz dəyirman olaraq sona qədər öz işimizi görəcəyik. Tünzalə xərçəng olmasaydı belə yenə də o efirə çıxıb, evi üçün pul istəyəcəkdi. Saytlarda yazılanlar Tünzaləyə pis təsir edib. Burda olanlar yox, sizin qabartdıqlarınız Tünzaləni halbahal edir, etməyin bunu”.

T.Əliyeva isə onu qınayanlara bunları deyib:

“Ayaqüstə durmağa çalışıram, güc axtarıram. Mən onsuz bu proqrama gələcəkdim. Xəstəliyim üçün sənin yanına gəlmədim ki... Kömək üçün gəldim. Sən də çiynini bu yükün altına qoydun. Mən çalışa bilmirəm, Nazilə Səfərli mənə söz verdi ki, xınalara aparacaq. İrəvan Teatrında işə düzəldim. İftixar müəllimə dedim ki, səhnəyə çıxa bilməyəcəm. Dedi, eybi yox, qapımız açıqdır. Nə olar bu halımda kiminsə qapısı mənim üzümə açılsa? Bir-birimizə dəstək olaq”.

Qeyd edək ki, T.Əliyeva evini ipoteka krediti ilə alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...