Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı meriyasından küləklə bağlı - XƏBƏRDARLIQ

Bakı Şəhəri İcra Hakimiyyəti Bakıda güclü küləklə bağlı xəbərdarlıq edib. 

BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsindən Mynews.az-a verilən məlumata görə, güclü külək zamanı sakinlər nəqliyyat vasitələrini hündür ağacların altında park etməməlidirlər.

Məlumatda qeyd edilib ki, küləyin sürəti yüksək olan zaman ağac aşa bilər:

“Bakının torpaq qatı möhkəm olmadığından ağacların aşmaq ehtimalı var. Bunun üçün hündür ağacların altında nəqliyyat vasitəsini park edərkən diqqətli olmaq vacibdir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı xəbərdarlıq yayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...