Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 7 marşrut xətti müsabiqəyə çıxarılıb

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bu barədə Mynews.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Məqsəd, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...