Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qalmaqallı məmurun yerinə - YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Mynews.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov təyinat alıb.

Xalid Ələkbərov daha əvvəl BŞİH-in Şəhər Təsərrüfatı Departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda onun yerinə Ayaz Hüseynov gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) cinayət işi açılıb.

Xatırladaq ki, Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...