Girovlardan daha məktub gəlmir - Ailələri NARAHATDIR

İki aydan çoxdur ki, Şahbazdan məktub almırıq.
Mynews.az xəbər verir ki, bu barədə modern.az-a erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxınları sonuncu dəfə iyulun 29-u girova məktub yazıblar:
"Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng etdim ki, iki aydır qardaşıma yazdığımız məktuba cavab almırıq. Komitə səbəbini izah edə bilmədi və bir xəbər olsa, sizə bildirəcəyik, dedilər. Avqust ayında BQXK əməkdaşları girovlara baş çəkiblər. Amma bizə heç bir məktub, məlumat çatdırılmayıb".
İradə Quliyeva girovlara məktub yazmağa imkan yaradılmadığı barədə iddialara da münasibət bildirib. Girovun bacısı bunu inandırıcı hesab etmir:
"Şahbaz vaxtaşırı bizə yazırdı, durumundan, halından xəbər verirdi. Çox müəmmalıdır ki, iki aydır məktubumuza cavab yoxdur. Ümid edirəm ki, heç olmasa bizim son yazdığımız məktub ona çatıb".
İşğal olunmuş ərazilərimizdə girov saxlanan digər həmvətənimiz Dilqəm Əsgərovun ailəsi isə 2017-ci ilin noyabrından bu günə qədər girovdan məktub almır. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, dəfələrlə BQXK əməkdaşlarına bu barədə müraciət edib:
"Onlar isə sadəcə atamın məktub yazmaq istəmədiyini əsas gətirirlər. Təbii ki, buna inanmıram. Necə olur ki, atam 11 aydır məktub yazmaq istəməsin? Düşünürəm ki, Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir".
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Cəmiyyət
- “Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar
- 8 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
- “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul edildi
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
- Azərbaycanda siqaret bahalaşdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO 1019 dəfə oxunub
- "Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - - Nazənin 971 dəfə oxunub
- Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər 953 dəfə oxunub
- “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib 952 dəfə oxunub
- Şamaxıda yenidən vulkan püskürüb 950 dəfə oxunub