Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“NatGeo” mükafatı: Azərbaycan ilk üçlükdədir

Azərbaycan “National Geographic Traveler Awards 2018” (NGT Awards 2018) mükafatının səsverməsi nəticəsində “Qastronomiya turizm”inə görə liderlər üçlüyünə daxil olub. 

Mynews.az xəbər verir ki, MDB, eləcə də, Avropa ölkələrində istirahət və turizm üçün Rusiya turizm istiqamətlərinin 2018-ci il oktyabrın 11-dək olan informasiyaları araşdırılıb.

Ən yaxşı turizm istiqaməti ilə bağlı səsvermə “National Geographic Rossiya” internet saytında keçirilib. 

“Qastronomiya turizm” nominasiyası üzrə respondentlərin 34 faizi Özbəkistana, 21 faizi İtaliyaya, 15 faizi Azərbaycana və 13 faizi Fransaya səs verib. 

Qastronomiya turizmin bir növüdür, əsas məqsəd milli qastronomiya prizmasından bir ölkə ilə tanışlıqdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...