Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Cəmiyyət
- Tələbələrə ŞAD XƏBƏR - Təqaüdlər 20 faiz artırıldı - MƏBLƏĞ
- Bayram yarmarkası təşkil olunacaq - - Tarixi və yeri açıqlandı
- Azərbaycanlılar İstanbulda qəzaya düşdü - - yaralılar var - FOTO
- “Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
- Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - - Pulları geri qaytaracaqlar
- Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Tanınmış teleaparıcı “Space”dən niyə ayrılıb? - - AÇIQLAMA 950 dəfə oxunub
- Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz! 931 dəfə oxunub
- Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı 922 dəfə oxunub
- Balakəndə qardaşlar qəzaya düşdü - - ölən var 918 dəfə oxunub
- Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək 915 dəfə oxunub