Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İşdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar"

İşində nöqsanlara yol verdiyinə görə işdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, həmin adamlar özləri qanunu pozurlar, sonra gəlib kiməsə vəkillik edirlər. O bildirib ki, bu cür hallar vəkillik adına ləkədir.

Deputat hesab edir ki, belə şəxslərin vəkilliyə yol tapmasının qarşısını almaq üçün qanunvericiliyə yenidən baxılmalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...