Azərbaycanlı gəncə Ukraynada vəzifə verildi
Ukraynada yaşayan azərbaycanlı gəncə Lvov şəhərində UNESCO-nun nəzdində fəaliyyət göstərən akademiyada yeni vəzifə verilib.
Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Lvov təşkilatının rəhbəri Şəhriyar Məhərrəmov UNESCO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Şərq və Cənub ölkələri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Bununla bağlı keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Polşa, Yunanıstan, Belarus və Krım tatarlarının cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru Vasili Tuarçineç bildirib ki, istedadlı gənc kadrların üzə çıxarılması olduqca vacibdir.
Ş.Məhərrəmov fəaliyyəti dövründə istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər həyata keçiriləcəyini vurğulayıb. (AzərTAc)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 945 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 597 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 587 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 587 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 584 dəfə oxunub