Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mübariz Qurbanlı: “Camaat nə deyər?!” prinsipinə görə insanlar səhv edir

Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək. 

Mynews.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu sahədə maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın:

“Bütün gənclik dininə sadiq olmalıdır. Dini mərasimlərdən xəbərdar olmalıdır, ritualları bilməlidir. Bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir.

“Camaat nə deyər?!” prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, “Allah nə deyir? Dinimiz nə buyurur?”. Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir”.

Komitə sədri qeyd edib ki, bu sahədə maarifləndirmə aparılmazsa dünya ölkələrində baş verən bu kimi hallar Azərbaycanda öz əksini tapa bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...