Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi barədə nazirlikdən - AÇIQLAMA

Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədi ilə bu il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb. Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, bununla əlaqədar aidiyyəti qurumlardan alınan siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb.

Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Bugünədək şəhid hərbi qulluqçuların birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.

Hazırda saytda yerləşdirilmiş “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...