Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacıbala Abutalıbov: Sürüşmə zonasında yapon mütəxəssislər çalışır - VİDEO

 

Badamdar şosesində sürüşmə zonası geniş öyrənilməlidir. 

Mynews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, Badamdar yolunun yuxarı hissəsində vəziyyət çox gərgindir:

“Sürüşmə davam edir. Hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır. Ərazi geniş şəkildə öyrəniləndən sonra hər hansı bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin.

Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, “Azərsu” ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq”.

Baş nazirin müavini qeyd edib ki,  həmin ərazidə olan 11 evin səkkizinin divarındakı çatlar böyüyüb:

“Həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şosesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...