Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının əsas yol kəsişmələrinin birində - MÜHÜM DƏYİŞİKLİK - FOTOLAR

Paytaxtda Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək. Bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.

BNA-dan Mynews.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər. Ziya Bünyadov prospekti ilə 20 Yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq.

Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələri xahiş edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...