Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dostları Mövludun arxasınca bunları yazdı

Yazıçı Mövlud Mövludun intiharının ardından ədəbi mühitdə olan dostları onun haqda rəsmi Feysbuk səhifələrində son sözlərini paylaşıblar.

Kult.az həmin paylaşımları təqdim edir:

Aqşin Evrən:

“Bu nə dəhşətli xəbərdir axı. Necə edək bu xəbər yalan çıxsın? Daha dünən danışdıq və qərara gəldik ki, hər şey yoluna düşəcək mütləq”.

Yazıçı Nilüfər Muğantürk:

“Kaş ki, “intihara cəhd etmiş” olaydı Mövlud, yanına gedib üzünə tüpürərdik əclafın”.

Yazıçı Pərviz Cəbrayıl:

“Bir az əvvəl siqaret çəkəndə Aqşin Evrənə deyirdim: "Vallah, adam bezir, məzuniyyət götürüb dünyadan gedəsən"... Qayıtdım gəldim otağa, Mövludun qara xəbərini aldım. Dünən işdən çıxanda görüşdük, üzünə baxdım, həyat yox idi varlığında, həyatda yox idi, istədim deyəm, amma demədim...”

Yazıçı Kəramət Böyükçöl:

“Kaş səni son dəfə gördüyüm gün səhərə kimi yanında qalardım, ayrılmazdım, Mövlud... Kaş məclisdən yarımçıq durub getməzdim...”

Şair Əsəd Qaraqaplan:

“Qanım dondu bu xəstə yatağımda”.

Yazıçı Qan Tural:

“Bu nə xəbərdir, ay Allah...”

Qeyd edək ki, Mövlud Abdullayev – Mövlud Mövlud 16 mart 2017-ci il gecə saat 2 radələrində özünü işlədiyi ofisin yerləşdiyi binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...