Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Energetika naziri Çində səfərdədir

Energetika naziri Pərviz Şahbazov 18 oktyabrda keçiriləcək “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda iştirak üçün Çinə səfər edib.

“Kəmər və Yol“ təşəbbüsü çərçivəsində ilk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında energetika naziri Pərviz Şahbazovun da çıxışı nəzərdə tutulub. Əsas məqsədi “Kəmər və Yolun Enerji Tərəfdaşlığı”nın qurulmasından ibarət olan tədbirdə bu əməkdaşlıq qlobal inkişafın hərəkətverici qüvvəsi kimi nəzərdən keçiriləcək. “Kəmər və Yol“ təşəbbüsü qurşağında yerləşən ölkələr arasında qarşlıqlı mənfəətli və bərabərhüquqlu tərəfdaşlıq şəbəkəsinin yaradılması imkanları araşdırılacaq. Enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılacaq. Konfransın yekununda “Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi”nin qəbulu planlaşdırılır.

Qeyd edək ki,“Kəmər və Yol“ təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...