Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əziz Qaralov: Sürüşmənin nə vaxt dayanacağı bəlli deyil

Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir.

Mynews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir:

“Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Axşam saatlarında yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Hazırda proses davam edir”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir:

Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki ayda proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...