Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının mərkəzində yol çökdü - FOTO

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

Mynews.az-ın məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

“Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...