Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürüşmə fərdi tikililərə doğru irəliləyir

Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Mynews.az-a verilən məlumata görə, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.

Bunun nəticəsində sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...