Sərhədçilərimiz İran dənizçilərini xilas etdi
Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz kömək istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.
DSX-dən Mynews.az-a bildirilib ki, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq, yeddi nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə - Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.
Bundan əvvəl Xəzər dənizindən icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Cəmiyyət
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1106 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1052 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 195 dəfə oxunub
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR 193 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 189 dəfə oxunub