Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aİ rəsmisi: Cinsi tarazlığın pozulması insan alverinə gətirib-çıxarır

Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək.

Mynews.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında  deyib. 

Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək, səbəbləri tapmaq və çıxış yolu hazırlamaq lazımdır:

“Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixlə bağlayırlar. Əgər bir ölkə müasirliyə doğru addım atırsa, niyə bu problem hələ də qalır? Bu kimi hallara qarşı cəza tədbirləri olsa belə, insanlar müxtəlif həll yolu tapacaqlar”. 

Aİ rəsmisi qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir:

“Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də, Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək. Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib-çıxarır. Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Avropa İttifaqı olaraq əlimizdən gələni edəcəyik ki, tarazlıq əldə olunsun”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...