Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suriyada öldürülən Xaçmaz sakini ilə bağlı yeni - TƏFƏRRÜATLAR

Xaçmaz rayonunun Yalama qəsəbəsindən olan Həbib Finyaz oğlu Hacımətovun Suriyada öldürülməsi ilə bağlı yeni təfərrüatlar aydın olub.
 
Mynews.az İstiPress-ə istinadən xəbər verir ki, Yalama qəsəbə sakinlərinin verdiyi məlumata görə, Həbib Hacımətov bundan əvvəl də Suriyaya gedibmiş.
 
Yalama qəsəbə məktəbində müəllim işləyən atası Finyaz Hacımətov onu gedib Suriyadan Dağıstana gətiribmiş. Amma, o, bir müddətdən sonra yenidən valideynlərindən gizli şəkildə Suriyaya gedib. Bunu sonradan eşidən atası Finyaz müəllim bu xəbərdən sonra dünyasını dəyişib.
 
Hazırda Yalama qəsəbəsində Həbibin yalnız anası yaşayır. Onun uşaqlarının isə təxminən Dağıstanda olduğu deyilir.
 
Xaçmazın hüquq-mühafizə orqanları faktı təsdiqləyiblər. Qeyd edək ki, bu, Yalama qəsəbəsinin Suriyada öldürülən Fərid Ağayev və Fərhad Qurbanovdan sonra 3-cü sakindir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...