Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Miqrasiya Xidməti səyyar xidmət göstərdi

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qax və Şəki şəhərlərində növbəti səyyar xidmət təşkil olunub.

DMX-dan Mynews.az-a verilən xəbərə görə, səyyar xidmətin imkanlarından istifadə edən 1 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və 1 nəfərdən isə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib.

Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu yerində və operativ cavablandırılmasını həyata keçirməkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...