Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atır - VİDEO

Bakıda sərnişinlə dolu avtobus qapısı açıq şəkildə idarə olunur. Həm arxa, həm də ön qapıdan sərnişinlər sallanaraq gedirlər.

Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, görüntülər Bakıda, Ziya Bünyadov prospektində çəkilib. 

Kadrlardan aydın olur ki, sərnişindaşıma qaydaları 71 saylı xəttə məxsus 90-BK-864 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü tərəfindən pozulur. 

Həmin avtobuslar metronun “Koroğlu” stansiyasından “Azadlıq” stansiyasının yaxınlığına sərnişin daşıyırlar. Sözügedən avtobusların sürücüləri etiraf edirlər ki, xüsusən pik saatlarda sərnişin sayı çox olduğundan belə mənzərələr yaranır.

Xəttin dispetçeri Tərlan Ələkbərov deyir ki, görüntülərlə bağlı müəyyən tədbirlər görüləcək. 

Onun sözlərinə görə, əvvəllər də bu kimi problemlə üzləşiblər. Bu səbəbdən sərnişin sıxlığı nəzərə alınaraq avtobusların sayı artırılıb, interval isə beş dəqiqəyə endirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...