Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

1000-dən çox pornoqrafik və viruslu saytlar filtirlənəcək - Uşaqlar üçün

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Kapital Bank ASC-nin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb.

Mynews.az xəbər verir ki, Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. Qeyd etmək istəyirik ki, icra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək.

Hökumət evində www.kidsafe.az proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

www.kidsafe.az proqramında daxili 1000-dən çox pornoqrafik, ekstremiz amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə edilib. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompyuterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyasıda yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemidə yaradılıb ki, valideynlərə səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyaları üzrə məlumatlar yerləşdirmək mümkündür.

Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında 2 illik əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...