Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana quş əti idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər bir sıra kütləvi informasiya vasitələrində Agentliyin ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışını qadağan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən Mynews.az-a bildirilib ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir: 

“Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...