Rafet El Roman azərbaycanlı prodüserin ölümündən yazdı - FOTO
Ürəyində yaranan problem səbəbilə həyatını itirən tanınmış prodüser və təşkilatçı Nahid Emiloğlunun ölümü türkiyəli ifaçı Rafet El Romanı da sarsıdıb.
Mynews.az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında yazıb.
O, “Instagram Story”də paylaşdığı şəklə “Azərbaycanda bir çox konsertlərimi təşkil edən əziz dostum Nahid Emiloğlu həyatını itirib. Allah rəhmət eləsin. Ailəsinə baş sağlığı verirəm!” şərhini yazıb.
Qeyd edək ki, Nahid Emiloğlu türkiyəli müğənnilərlə yanaşı, Azərbaycanda dünya ulduzlarının da konsertlərini təşkil edib. O, noyabrın 1-də vəfat edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 560 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 551 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 198 dəfə oxunub
loading...