Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şagirdlər tətilə çıxır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin payız tətili başlayacaq.

Təhsil Nazirliyindən Mynews.az-a verilən məlumata görə, payız tətili beş gün olacaq.

Dərs ilinin növbəti tətili qışa təsadüf edəcək. Belə ki, beş günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq. 

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...