Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Mynews.az məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qafqazinfo-ya müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:

“Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...