Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlıların yaşadığı ev kül oldu - - 3 uşaq yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində yaşayış evindəki yanğın zamanı 3 azərbaycanlı uşaq ölüb.

Ötən gün Xudoyelanskoye qəsəbəsindəki taxta evdə gecə tək qalan 1, 2, 3 yaşlı uşaqlar səhər baş verən yanğn nəticəsində faciəvi şəkildə yanıblar.

Onların Azərbaycan vətəndaşı olan ataları iki il əvvəl vətənə deportasiya olunub. Onların 24 yaşlı yerli sakin olan anaları isə həmin gecə barda işdə olub.

Uşaqları 55 yaşlı nənələri yatızdırdıqdan sonra qonşuya gedib.

İlkin ehtimala görə, yanğına səbəb uşaqların kibritlə oynamaları, yaxud közərən siqaret ola bilər. 

Hadisə ilə bağlı cinayət işi açılıb, tədqiqat aparılır. (Report)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...